“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəXəbərlər

Xəbərlər

ETİHİ Masallı Rayon Komitəsində 60 illik yubiley münasibətilə görüş keçirildi.

News Image

ETİHİ Masallı Rayon Komitəsində 60 illik yubiley münasibətilə görüş keçirildi.

ETİHİ Masallı Rayon Komitəsində 60 illik yubiley münasibətilə görüş keçirildi.

ETİHİ Masallı Rayon Komitəsi təhsil işçilərinin əməyinə verilən dəyərin artırılması, ittifaq üzvlərinə diqqət və qayğının göstərilməsi, onların sosial rifahının və mənəvi stimullaşdırılmasının dəstəklənməsi istiqamətində fəaliyyətini davam etdirir. Bu məqsədlə yubileylərin qeyd olunması, təhsil işçilərinin uzunillik səmərəli əməyinin qiymətləndirilməsi və onların fəaliyyətinə verilən dəyərin ifadə olunması xüsusi əhəmiyyət daşıyır.

Bu çərçivədə ETİHİ Masallı Rayon Komitəsində Masallı şəhər Sakit Tağıyev adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Səmədov Şahin Bahadır oğlunun 60 illik yubileyi münasibətilə görüş keçirilib.

Görüş zamanı ETİHİ Masallı Rayon Komitəsinin sədri Rasim Nurullayev yubilyarı təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və pedaqoji fəaliyyətində yeni uğurlar arzulayıb.

Rasim Nurullayev müəllim əməyinin cəmiyyətin inkişafında və gənc nəslin təlim-tərbiyəsində mühüm rolunu vurğulayaraq, Şahin müəllimin fəaliyyətinə uğurlar diləyib. Yubilyara ETİHİ Masallı Rayon Komitəsinin Fəxri Fərmanı və yubiley hədiyyəsi təqdim olunub.

Şahin Səmədov göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.

ETİHİ Masallı Rayon Komitəsi Şahin müəllimi 60 illik yubileyi münasibətilə bir daha təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində uğurlar arzulayır!

ETİHİ Masallı Rayon Komitəsi tərəfindən 65 illik yubiley münasibətilə görüş keçirilmişdir.

News Image

ETİHİ Masallı Rayon Komitəsi tərəfindən 65 illik yubiley münasibətilə görüş keçirilmişdir.

ETİHİ Masallı Rayon Komitəsi tərəfindən Masallı şəhər İntiqam Əsgərli adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Zeynalov Fərman Məmmədhəsən oğlunun 65 illik yubileyi münasibətilə görüş keçirilmişdir.

Görüşdə ETİHİ Masallı Rayon Komitəsinin baş mühasibi Vahid Əhmədov iştirak edərək, yubilyarı 65 illik yubileyi münasibətilə təbrik etmiş, ona möhkəm cansağlığı, uzun ömür və pedaqoji fəaliyyətində uğurlar arzulamışdır.

Yubilyara ETİHİ Masallı Rayon Komitəsi tərəfindən Fəxri Fərman və hədiyyə təqdim edilmişdir.

Öz növbəsində Fərman Zeynalov göstərilən diqqət və qayğıya görə ETİHİ Masallı Rayon Komitəsinə sədri Rasim Nurullayevə təşəkkürünü bildirərək, minnətdarlığını ifadə etmişdir.

Yubilyarı bir daha təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində uğurlar arzulayırıq!

Şəhid Niyaməddin Sultanzadənin doğum günü yad edilib.

News Image

Şəhid Niyaməddin Sultanzadənin doğum günü yad edilib.

Vətənimizin ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Niyaməddin Sultanzadənin doğum günü ilə əlaqədar ETİHİ Masallı Rayon Komitəsinin əməkdaşları şəhidin məzarını ziyarət ediblər.

Ziyarət zamanı şəhidin məzarı üzərinə gül dəstələri qoyulub, onun əziz xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.

Qeyd olunub ki, Vətən uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlığı və əziz xatirəsi daim xalqımızın qəlbində yaşayacaq. Onların həyat yolu və göstərdikləri şücaət gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib

News Image

Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib

Sentyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunda yerləşən “Təhsil” İstirahət Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib.


Tədbir Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə sentyabrın 7-dən 12-dək “Təhsil” İstirahət Mərkəzində keçirilən tələbə düşərgəsi çərçivəsində təşkil olunub.


Görüşdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru vəzifəsini icra edən Fərid Babayev, Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Bakı Avrasiya Universitetinin rektoru Siyavuş Qasımov və 700 -ə yaxın ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri iştirak ediblər.


Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə giriş sözü ilə çıxış edərək tədbirin məqsədi və “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyəti barədə məlumat verib.


Daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev qonaqlara AHİK rəhbərliyinin səmimi salamlarını çatdırıb və son illərdə həmkarlar hərakatında görülən işlərdən danışıb. İl ərzində komitə tərəfindən həyata keçirilən yay və qış düşərgələri, forumlar, intellektual yarışlar, idman tədbirləri, təlimlər, ekskursiyalar, mədəni proqramlar, könüllülük təşəbbüsləri və sosial layihələrin məhz bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb.


ETİHİ Respublika Komitəsinin sədri onu da vurğulayıb ki, qarşıdakı illərdə bu cür düşərgələr ixtisasyönümlü olacaq və tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamində daha innovativ layihələr həyata keçiriləcək. 


“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbirin əsas məruzəçisi Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar memarı Gülçöhrə Məmmədova şəhərsalma və memarlığın gələcəyi, müasir şəhər mühitinin formalaşdırılmasında yeni yanaşmalar və bu sahədə gənc mütəxəssislərin rolu barədə fikirlərini bölüşüb. Rektor çıxışında şəhərsalma və memarlıq sahəsində keyfiyyətli mütəxəssis hazırlığının vacibliyinə diqqət çəkib, tələbələri yeni biliklərə yiyələnməyə və yaradıcı düşüncəyə təşviq edib. Professor Gülçöhrə Məmmədova gənclərin gələcəkdə ölkənin şəhərsalma və memarlıq mühitinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.


Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı öz çıxışında  Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasına tələbələr üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirərərək son illər peşə təhsilinə gənclərin marağının əvvəlki illərə nisbətən daha çox olmasından həmçinin peşə təhsili müəssiələrində yüksək ixitsaslı texniki mütəxəssislərin hazırlanmasından bəhs edib. 


Daha sonra qonaqlar “Təhsil” İstirahət Mərkəzində ittifaq üzvilərinə yaradılmış şəraitlə tanış olublar. Sonda tələbələrlə ali təhsil müəssisələrinin rəhbərləri xatirə fotosu çəkdiriblər.


Qeyd edək ki, düşərgə çərçivəsində tələbələr üçün intellektual yarışlar,futbol, voleybol, şahmat yarışları, foto və film müsabiqələri keçiriləcək.

ETİHİ Masallı Rayon Komitəsində təhsil sahəsində uzun illər səmərəli fəaliyyət göstərən təhsil işçiləri ilə görüş keçirilib.

News Image

ETİHİ Masallı Rayon Komitəsində təhsil sahəsində uzun illər səmərəli fəaliyyət göstərən təhsil işçiləri ilə görüş keçirilib.

ETİHİ Masallı Rayon Komitəsində təhsil sahəsində uzun illər səmərəli fəaliyyət göstərən təhsil işçiləri ilə görüş keçirilib.

Görüş Əliyev Əhliman Elmalı oğlunun 70 illik yubileyi, Qəmbərov Habil Heybət oğlunun əmək fəaliyyətinin yaş həddinə çatması və Nəbiyev Əlibaba İsaq oğlunun 60 illik yubileyi münasibətilə təşkil olunub.

Görüş zamanı təhsil işçilərinin uzun illər ərzində təhsil sahəsinə verdikləri töhfələrdən, gənc nəslin təlim-tərbiyəsində göstərdikləri fədakar fəaliyyətdən bəhs olunub, onların əməyinə yüksək dəyər verilib.

ETİHİ Masallı Rayon Komitəsinin sədri Rasim Nurullayev çıxış edərək həmkarlarını əlamətdar günlər münasibətilə təbrik edib, onların uzun illər ərzində təhsil sahəsində göstərdikləri səmərəli fəaliyyətin və əməyin yüksək qiymətə layiq olduğunu bildirib. Sədr onlara möhkəm cansağlığı, ailə səadəti, uzun ömür və gələcək həyatlarında uğurlar arzulayıb.

Görüşün sonunda Əliyev Əhliman Elmalı oğluna, Qəmbərov Habil Heybət oğluna və Nəbiyev Əlibaba İsaq oğluna ETİHİ Masallı Rayon Komitəsi tərəfindən Fəxri fərman və hədiyyələr təqdim olunub.

Təhsil işçiləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

ETİHİ Masallı Rayon Komitəsi olaraq dəyərli həmkarlarımızı bir daha təbrik edir, hər birinə möhkəm cansağlığı, ailə səadəti və xoş günlər arzulayırıq.

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

News Image

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

Bolqarıstanın Albena şəhərində keçirilən Müəllimlərin XXII Yay İdman Oyunlarına yekun vurulub.


Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirak etdiyi beynəlxalq yarışlarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) təmsilçiləri uğurlu nəticələr əldə ediblər.


ETİHİ təmsilçiləri yarışları 4 birincilik və 2 üçüncülük olmaqla, ümumilikdə 6 mükafatla başa vurublar.


Mini-futbol üzrə komandamız final görüşündə Polşa təmsilçisini 5:4 hesabla məğlub edərək turnirin qalibi olub.


Stolüstü tennis üzrə komanda yarışlarında qadınlardan ibarət komandamız 1-ci, kişilərdən ibarət komandamız isə 3-cü yeri tutub.


Qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışda Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rüfət Əliyeva 1-ci, Xətai rayonu 56 saylı tam orta məktəbin müəllimi Xəyalə Qiyasova isə 3-cü yeri tutub. Şahmat üzrə fərdi yarışda isə Şəmkir rayonu Kimya və Biologiya Təmayüllü Liseyinin müəllimi Bünyad Əsgərov 1-ci yerə layiq görülüb.


Sonda qaliblər Bolqarıstan Müəllimlər Birliyinin prezidenti Yanka Takeva, Bolqarıstan Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Todor Kapitanov, Bolqarıstan İşçilərinin İdman və Sağlamlıq Federasiyasının prezidenti, İşçilərin İdmanı üzrə Balkan Assosiasiyasının vitse-prezidenti Desislava Yagodin və Varna şəhərinin meri Blagomir Kotsev tərəfindən kubok və medallarla təltif olunublar.


Beynəlxalq yarış təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqində, eləcə də həmkarlar ittifaqı üzvləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayır.


Qeyd edək ki, 2004-cü ildən etibarən keçirilən bu yarışlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş respublika idman yarışlarında yüksək nəticələr göstərərək seçilmiş ittifaq üzvləri iştirak edirlər.

Masallı rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.

News Image

Masallı rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.

Masallı rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.

Konfransda Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov, Masallı rayonu üzrə təhsil sektorunun müdiri Elman Rzayev, ETİHİ Masallı Rayon Komitəsinin sədri Rasim Nurullayev , rayonun təhsil işçiləri, məktəb rəhbərləri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edənlər yeni tədris ilinin qarşısında duran əsas vəzifələrdən, təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkarlığının artırılması, şagird nailiyyətlərinin yaxşılaşdırılması və təhsil müəssisələrində yaradılmış imkanlardan səmərəli istifadə olunmasının vacibliyindən danışıblar.

Çıxışlarda ötən tədris ilində Masallı rayonunda təhsil sahəsində əldə olunan uğurlar qeyd olunub, qarşıdakı tədris ili ilə bağlı prioritet istiqamətlər və qarşıda duran vəzifələr diqqətə çatdırılıb.

Konfransda təhsil işçilərinə yeni tədris ilində uğurlar arzulamaqla yanaşı, gənc nəslin hərtərəfli inkişafı və keyfiyyətli təhsil alması istiqamətində qarşıya qoyulan məqsədlərin həyata keçirilməsində müəllimlərin üzərinə düşən məsuliyyət xüsusi vurğulanıb.

Sonda yeni tədris ilinin bütün təhsil işçiləri üçün uğurlu və məhsuldar olması arzulanıb.

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər

News Image

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər


Bolqarıstanın Albena şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirakı ilə Müəllimlərin XXII Yay İdman Oyunları keçirilir.


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) üzvləri də bu beynəlxalq yarışlarda iştirak edirlər.


Azərbaycan təmsilçiləri mini-futbol, stolüstü tennis, basketbol, çimərlik voleybolu və şahmat olmaqla 5 idman növündə mübarizə aparırlar.


Avqustun 27-28-də keçirilən yarışlarda ittifaq üzvlərimiz bir sıra uğurlu nəticələr əldə ediblər.


Mini-futbol üzrə komandamız qrup mərhələsini 6 xalla başa vuraraq yarımfinala yüksəlib. Yarımfinalda Bolqarıstanın “Vraça” komandasını 3:1 hesabı ilə məğlub edən təmsilçilərimiz finala vəsiqə qazanıblar.


Stolüstü tennis üzrə qadın və kişi komandalarımız da qrup mərhələsində keçirdikləri bütün qarşılaşmalarda qələbə qazanıblar. Qadınlardan ibarət komandamız 6 xalla, kişilərdən ibarət komandamız isə 8 xalla qrup mərhələsini lider kimi başa vuraraq final mərhələsinə yüksəliblər.


Şahmat üzrə fərdi yarışlarda Şəmkir rayon Kimya-biologiya təmayüllü liseyin müəllimi Bünyad Əsgərov I yeri tutub. O, həlledici qarşılaşmada Polşanın “ZNP” komandasının təmsilçisinə qalib gələrək yarışın qalibi olub.


Qeyd edək ki, Müəllimlərin Yay İdman Oyunları 2004-cü ildən etibarən ənənəvi olaraq hər il Bolqarıstanda keçirilir. Oyunlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr edilən ölkədaxili idman yarışlarında yüksək nəticələr göstərərək münsiflər heyəti tərəfindən seçilən ittifaq üzvlərimiz iştirak edirlər.


Yarışlar avqustun 30-dək davam edəcək.

Əməkdar müəllim Əhməd Məmmədovun 65 illik yubileyi qeyd olunub

News Image

Əməkdar müəllim Əhməd Məmmədovun 65 illik yubileyi qeyd olunub

Əməkdar müəllim Əhməd Məmmədovun 65 illik yubileyi qeyd olunub

ETİHİ Masallı Rayon Komitəsində Masallı rayon texniki-riyaziyyat təmayüllü "Dəfinə" liseyinin tədris işləri üzrə müavini, əməkdar müəllimi Məmmədov Əhməd Əbülfəz oğlunun 65 illik yubileyi münasibətilə görüş keçirilib.

Görüşdə Əhməd Məmmədovun uzun illər ərzində təhsil sahəsində göstərdiyi səmərəli fəaliyyəti, müəllimlik peşəsinə sədaqəti və gənc nəslin təlim-tərbiyəsindəki xidmətləri yüksək qiymətləndirilib.

ETİHİ Masallı Rayon Komitəsinin sədri Rasim Nurullayev yubilyarı 65 illik yubileyi münasibətilə təbrik edərək, ona möhkəm cansağlığı, uzun ömür və pedaqoji fəaliyyətində yeni uğurlar arzulayıb. Sədr tərəfindən Əhməd Məmmədova Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olunub.

Səmimi görüşdə yubilyar ona göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Çində keçirilən “Robot Challenge World 2026” beynəlxalq istedad müsabiqəsinin iştirakçıları ilə görüş keçirilib

News Image

Çində keçirilən “Robot Challenge World 2026” beynəlxalq istedad müsabiqəsinin iştirakçıları ilə görüş keçirilib

Çində keçirilən “Robot Challenge World 2026” beynəlxalq istedad müsabiqəsinin iştirakçıları ilə görüş keçirilib

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsində Çində keçirilən “Robot Challenge World 2026” beynəlxalq istedad müsabiqəsində Azərbaycanı uğurla təmsil edən, Masallı rayonunun Banbaşı kənd C. Qasımov adına tam orta məktəbin şagirdləri ilə görüş keçirilib.

Görüş zamanı şagirdlərin beynəlxalq müsabiqədə iştirak etmələri, nümayiş etdirdikləri bilik, bacarıq və innovativ düşüncə yüksək qiymətləndirilib. 43 ölkədən iştirakçıların qatıldığı mötəbər yarışda ölkəmizi təmsil edən şagirdlərin iştirakı rayon təhsil ictimaiyyəti üçün qürurverici hadisə kimi qeyd olunub.

ETİHİ Masallı Rayon Komitəsinin sədri Rasim Nurullayev şagirdləri beynəlxalq müsabiqədə iştirakları münasibətilə təbrik edərək, onlara gələcək təhsil və yaradıcılıq fəaliyyətlərində yeni uğurlar arzulayıb. Şagirdlərin beynəlxalq arenada Azərbaycanı layiqincə təmsil etməsinin gənc nəslin elmə, texnologiyaya və innovasiyalara olan marağının göstəricisi olduğu vurğulanıb.

Görüş zamanı komanda üzvləri də çıxış edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Şagirdlər qeyd ediblər ki, ETİHİ Masallı Rayon Komitəsi onların hər bir uğuruna sevinir, yarışlarda iştiraklarını daim diqqətdə saxlayır və hər dəfə müsabiqədən sonra onları qəbul edərək uğurlarını təqdir edir. Onlar göstərilən diqqət və dəstəyin yeni uğurlara, daha böyük məqsədlərə doğru inamla irəliləmələri üçün əlavə stimul verdiyini vurğulayıblar.

Görüşün sonunda müsabiqə iştirakçıları ilə xatirə şəkilləri çəkilib və onların gələcək fəaliyyətlərində uğurlarının davamlı olması arzulanıb.


Sizin uğurunuz bizim qürurumuzdur!

ETİHİ Masallı Rayon Komitəsinin təsir dairəsində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin Respublika Fənn Olimpiadalarında və buraxılış imtahanlarında yüksək nəticə göstərmiş şagirdləri və onların müəllimləri ilə görüş keçirilib.

News Image

ETİHİ Masallı Rayon Komitəsinin təsir dairəsində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin Respublika Fənn Olimpiadalarında və buraxılış imtahanlarında yüksək nəticə göstərmiş şagirdləri və onların müəllimləri ilə görüş keçirilib.

ETİHİ Masallı Rayon Komitəsinin təsir dairəsində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin Respublika Fənn Olimpiadalarında və buraxılış imtahanlarında yüksək nəticə göstərmiş şagirdləri və onların müəllimləri ilə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan ETİHİ Masallı Rayon Komitəsinin sədri Rasim Nurullayev təhsilin cəmiyyətin inkişafında mühüm rol oynadığını, əldə olunan uğurların əsasında isə müəllim zəhmətinin dayandığını vurğulayıb. Bildirilib ki, müəllimlik yalnız peşə deyil, həm də böyük məsuliyyət və gələcəyin qurulmasına xidmət edən şərəfli missiyadır. Şagirdlərin qazandığı uğurlar müəllimlərin peşəkarlığının, fədakarlığının və əzmkar əməyinin nəticəsidir.

Qeyd olunub ki, bu gün mükafatlandırılan gənclər gələcəkdə Azərbaycanın elmində, təhsilində, iqtisadiyyatında və dövlət idarəçiliyində mühüm rol oynayacaq, ölkəmizin inkişafına dəyərli töhfələr verəcəklər.

Sonra Respublika Fənn Olimpiadalarında uğur qazanan, eləcə də buraxılış imtahanlarında yüksək nəticələr göstərən şagirdlərə və onların təlim-tərbiyəsində xüsusi əməyi olan müəllimlərə ETİHİ Masallı Rayon Komitəsi tərəfindən Fəxri fərmanlar və hədiyyələr təqdim olunub.

Tədbirdə çıxış edən şagirdlər əldə etdikləri uğurlarda müəllimlərinin və valideynlərinin böyük əməyi olduğunu qeyd edərək, onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Müəllimlər isə göstərilən yüksək qiymətin onların fəaliyyətinə verilən dəyərin ifadəsi olduğunu vurğulayaraq, bundan sonra da gənc nəslin bilikli və vətənpərvər ruhda yetişdirilməsi istiqamətində səylərini davam etdirəcəklərini bildiriblər.

Tədbirdə ETİHİ Masallı Rayon Komitəsinin sədri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədovun və ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayevin təbriklərini iştirakçılara çatdırıb, onlara gələcək fəaliyyətlərində yeni uğurlar arzulayıb.

Təltif olunan müəllim və şagirdlər göstərilən diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, ETİHİ Respublika Komitəsinin rəhbərliyinə və ETİHİ Masallı Rayon Komitəsinə təşəkkürlərini bildirərək, bundan sonra da daha böyük nailiyyətlər əldə etmək üçün səylə çalışacaqlarını qeyd ediblər.

Sonda xatirə şəkilləri çəkdirilib və iştirakçılarla səmimi fikir mübadiləsi aparılıb.

ETİHİ Masallı Rayon Komitəsində Rəyasət Heyətinin üzvləri ilə növbəti iclası keçirilib

News Image

ETİHİ Masallı Rayon Komitəsində Rəyasət Heyətinin üzvləri ilə növbəti iclası keçirilib

Bu gün ETİHİ Masallı Rayon Komitəsində Rəyasət Heyətinin üzvləri ilə növbəti iclas keçirilib. Görüşdə ittifaq üzvlərinin sanatoriya-kurort və istirahət mərkəzlərinə yollayışlarla təmin olunması qaydaları müzakirə edilib.

Rayon Komitəsinin sədri Rasim Nurullayev tərəfindən yollayışların verilməsi mexanizmi, onlayn qeydiyyat prosesi, növbəlilik prinsipi və müraciətlərin qiymətləndirilməsi qaydaları barədə ətraflı məlumat verilib. Bildirilib ki, şəffaflığın və ədalətliliyin təmin olunması məqsədilə bütün müraciətlər müəyyən olunmuş qaydalara uyğun şəkildə qəbul edilir və növbəlilik əsasında icra olunur.

Görüş iştirakçılarının diqqətinə çatdırılıb ki, yerlərdə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatları ittifaq üzvlərini yollayışların verilmə qaydaları, elektron qeydiyyat prosesi və tələb olunan sənədlər barədə mütəmadi olaraq məlumatlandırsınlar. Bu istiqamətdə maarifləndirmə işlərinin gücləndirilməsi və üzvlərin müraciətlərinin operativ şəkildə yönləndirilməsi tövsiyə olunub.

Görüşdə həmçinin qarşıda duran vəzifələr, həmkarlar ittifaqı üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi və göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması ilə bağlı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.